Şirvan sakinini boynundan bıçaqlayan şəxs tutulub 

17:42 23.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, iyulun 22-də Şirvan şəhəri ərazisində naməlum şəxs şəhər sakini Ə.Zeynalova bıçaqla boyun nahiyəsindən xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ə.Zeynalovun vəziyyəti orta-ağırdır.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi T.Səfərov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.
Araşdırma aparılır.